Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsi Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) üçün prioritetdir.
Oxu.Az məlumat verir ki, bu barədə bankın prezidenti İhsan Uğur Delikanlı QDTİB-in Azərbaycanın biznes və bank dairələri üçün təqdimatında bildirib.
O qeyd edib ki, Azərbaycanın qeyri-neft sektorunda kiçik və orta biznesin maliyyələşdirilməsi bank üçün prioritetdir".
Bundan əlavə, bankın prezidenti deyib ki, QDTİB Azərbaycanda biznesi mili valyutada maliyyələşdirmək niyyətindədir.
Onun sözlərinə görə, bu proses QDTİB tərəfindən manat istiqrazlarının buraxılışı yolu ilə mümkün ola bilər.
İ.U.Delikanlı qeyd edib ki, bu cür iş 3 ölkədə həyata keçirilir: “Hazırda biz bu məsələ ilə bağlı Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə çalışırıq. İstiqrazların buraxılış həcmi onlara olan tələbatdan asılı olacaq. QDTİB layihələrin orta və qısamüddətli maliyyələşdirilməsini, korporativ kreditləşmə və digər təminatlar təklif edir. Bizim əsas təkliflərimiz Azərbaycanın qeyri-neft sektorunun inkişafına yönəlib”.
L.Ə.