“Beynəlxalq Bank”ın restrukturizasiya planına edilən dəyişikliklərin investorlar tərəfindən müsbət qarşılanacağına ümid edirəm”.
Oxu.Az xəbər verir ki, bunu bankın idarə heyətinin sədri Xalid Əhədov deyib.
O bildirib ki, restrukturizasiya planı uğurla icra olunacaq: “Gözləntilərimiz müsbətdir. İyulun 18-də səsvermə keçiriləcək. Daha sonra texniki icra mərhələsinə başlanacaq. Restrukturizasiya planına əsasən, bütün kreditorlar üçün eyni hüquqlar təmin olunacaq və bu zaman ikili yanaşmaya yol verilməyəcək”.
X. Əhədov bildirib ki, Beynəlxalq Bank ASC-nin Rusiya və Gürcüstandakı törəmələri sağlamlaşdırma prosesindən keçib: “Hər iki bank fəaliyyət göstərdiyi ölkələrin hüquqi tələblərinə uyğun şəkildə fəaliyyət göstərir. Onların balansları təmizdir, kapitalları yetərli səviyyədədir”.
O, “Beynəlxalq Lizinq Şirkəti” şirkətinin fəaliyyətinə də toxunub. Bildirib ki, şirkət fəaliyyətini dayandırıb: “Şirkətin çox az sayda kadrları var. Hazırda biz orada ancaq yığımla məşğuluq. Başqa sözlə, şirkət lizinq fəaliyyəti ilə məşğul olmur”.
Leyla Əliyeva