Beynəlxalq Valyuta Fondu (BVF) Qırğızıstan hökumətini büdcə kəsirini minimuma endirmək üçün sərf etdiyi xərcləri azaltmaq yönündə xəbərdar edib.
Oxu.Az xəbər verir ki, işgüzar səfəri çərçivəsində paytaxt Bişkekə gələn BVF-nin missiyası Qırğızıstanın İqtisadiyyat naziri Artem Novikovla görüşüb.
BVF-nin missiya rəhbəri Edvard Gemayel hökumətə yüksək xərcləmələrin qarşısını almaq və büdcə kəsirini azaltmağı tövsiyə edib.
Qeyd edək ki, Qırğızıstan parlamenti 2017-ci il büdcəsi layihəsində 338 milyon dollar kəsir proqnozlaşdırıb.
Maliyyə Nazirliyinin açıqlamasına görə, ölkənin BVF-yə borcu 184 milyon dollardır.
L.Ə.