Banklar internet səhifələrində nağd valyuta satışı ilə yanaşı, kartla əməliyyatlar üçün konvertasiya məzənnələrini də göstərməyə başlayıblar.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bu gün cəmi 13 bank bu məzənnəni dərc edib.
Həmin banklar bunlardır:
“Dəmirbank”
“Naxçıvanbank”
“Unibank”
“Bank of Baku”
“CDB Bank”
“Atabank”
“Azərbayan Sənaye Bankı”
“Xalq Bank”
“Azər Türk Bank”
“Yapı Kredi Bank” (Azərbaycan)
“Ziraat Bank” (Azərbaycan)
“Muğanbank”
“AFB Bank”
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası kommersiya banklarına rəsmi internet səhifələrində xarici valyutanın qeyri-nağd yolla konvertasiya məzənnələrini göstərmələri ilə bağlı tapşırıq verib. Lakin hələlik, onların hamısı bu tələbə əməl etmir.
U.A.
www.oxu.az