Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bir sıra ölkələrdə banklar Rusiyanın "UnionPay" kartlarına xidməti dayandırıb
Bir sıra ölkələrdə banklar Rusiyanın "Qazprombank" şirkəti tərəfindən buraxılmış "UnionPay" ödəniş sisteminin bank kartlarına xidməti dayandırıb.
Oxu.Az bu barədə TASS-a istinadən məlumat verir.
Bildirilib ki, Tailandda banklar vəsaitlərin çıxarılması cəhdində "UnionPay" kartını yanlış əməliyyat bildirişi ilə qaytarır.
Eyni hal Türkiyədə və Birləşmiş Ərəb Əmirliklərinin banklarında da baş verib.
Həm dövlət banklarında, özəl maliyyə qurumlarında və xarici iştirakı olan banklarda "UnionPay" sisteminin bank kartlarına xidmət dayandırılıb, həm də bankomatdan pul çıxarmağa cəhd edərkən ya texniki xəta, ya da kartın bu bank tərəfindən xidmət edilmədiyi barədə xəbərdarlıq verilir.
Bundan əlavə, bəzi bankomatlar bu kartla əməliyyatlara bankın sanksiya vermədiyi barədə bildiriş göstərir.
Xatırladaq ki, cümə axşamı ABŞ Maliyyə Nazirliyi onlarla fiziki və hüquqi şəxsi əhatə edən yeni anti-Rusiya sanksiyalar paketi barədə məlumat verib. Məhdudiyyətlər əvvəllər sanksiyalara məruz qalmayan "Qazprombank"a da tətbiq edilib.
"Rusiyaya qarşı sanksiyalar" teqi üzrə xəbərlər
- Sanksiyalara rəğmən: Aİ Rusiya neftinin alışını maksimuma çatdırıb
- Aİ Rusiyaya qarşı 16-cı sanksiyalar paketini hazırlayır
- Aİ Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsi üçün yollar axtarır
- Aİ Rusiyaya qarşı 15-ci sanksiya paketini təsdiqləyib
- KİV: "Avropa silahları Ermənistandan Rusiyaya daşınır"