Bitkoinin dəyəri 19 min 380 dollara yüksəldikdən sonra yenidən ucuzlaşaraq 15 min 029 dollar olub.
Oxu.Az xəbər verir ki, kriptovalyutanın bazar dəyəri 270 milyard dollara yüksəlib.
Ethereumun məzənnəsi isə 0,94% ucuzlaşıb. Bu kriptovalyutanın dəyəri 411,12 dollar təşkil edir. Qeyd edək ki, ethereumun bazar kapitalizasiyası da ucuzlaşaraq 41,97 milyard dollar olub.
Qeyd edək ki, dünya üzrə 200 adda kriptovalyuta var. Onların toplam bazar dəyəri 400 milyard dollar təşkil edir.
L.Ə.