Səudiyyə Ərəbistanının Avropa bazarına çıxışı, neft tədarükünün 70%-nin Avropa ölkələrinin payına düşməsi Rusiyada narahatlıq yaradır, amma qarşıda Rusiya üçün daha qorxulu perspektiv var, bu nüvə proqramı üzrə razılıq əldə edildikdən sonra, ona qarşı tətbiq edilən sanksiyaların ləğvindən sonra İranın neft bazarına çıxmasıdır.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Agentlik yazır ki, Səudiyyə Ərəbistanı artıq Rusiya üçün ənənəvi olan – Polşa və İsveç kimi ölkələrə neft tədarükü görür, amma hələlik iri neft istehsalçısının Rusiyanın Urals markalı neftinin qiymətinə yetərincə təsir edə bilməyib. Rusiya neftini ixracından əldə edilən gəlirlrəin azalmasına dair əsas risk İrandan gəlir.
“Şərqi Avropa neft emalı zavodları Rusiyanın Urals markalı neftinə və tərkibcə ona daha yaxın olan – İran neftinə məhkum qalıblar”, - Amerikannı Stratfor şirkətinin Yaxın Şərq və Cənubi Asiya üzrə energetik analitiki Maykl Nayebi-Oskoui bildirib.
O, həmçinin qeyd edib ki, Avropaya tədarükün həcmini artırmaq üçün Səudiyyə Ərəbistanı nəqletmə marşrutunu dəyişməli olacaq, bu isə hələlik baş vermir.
2012-ci ilə, Iran İslam Respublikasına qarşı sanksiyaların tətbiqinə qədər Avropa neft bazarının 17%-i İranın payına düşürdü. İran Avropaya sutkada 600 min barel neft tədarük edirdi, indi İran hakimiyyəti dünya neft bazarına sutkada 520 min barel neft çatdırmağa hazırdır.
Ülviyyə R. Əli
www.oxu.az