Banklararası ticarətdə dollar yenidən bahalaşıb.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, “Bloomberg” terminalında dollar 1,6975 manata qədər yüksəlib.
Bu isə ABŞ valyutasının manat qarşısında 1,22% dəyər qazanması deməkdir.
Qeyd edək ki, bundan əvvəl dollar terminal üzərində günü 1,6775 manat kursu ilə yekunlaşdırmışdı. Bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini “Bloomberg” platformasında əks etdirirlər.
Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks “Bloomberg” ticarət platforması ilə yanaşı, Bloomberg.com saytında da elan olunur.

U.A.
www.oxu.az