“Bloomberg” terminalında manat bahalaşmaqda davam edir.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, martın 3-də “Bloomberg” üzərində dollar 1,7751 manata kimi aşağı düşüb.
Bu isə əvvəlki günlə müqayisədə manatın 0,42% bahalaşması deməkdir.
Qeyd edək ki, bundan əvvəl dollar günü 1,7825 manat kursu ilə yekunlaşdırmışdı. Azərbaycan bankları valyuta birjası kimi “Bloomberg” terminalından istifadə edirlər.
“Bloomberg” banklar arasında ticarət və valyuta hərracının nəticəsinə əsasən, manatın məzənnəsini müstəqil şəkildə müəyyən edir.

U.A.
www.oxu.az