2015-ci ilin I rübün göstəricilərinə görə, 2829 nəfər Azərbaycan vətəndaşı “BP-Azerbaijan” şirkətində çalışır.
Bu barədə Oxu.Az-a “BP-Azerbaijan”-dan bildirilib.
Azərbaycanda ixtisaslı işçilərin 85%-i daimi işçilərdir. Son göstəricilərə görə, şirkətdə çalışan işçilərin 15%-i əcnəbilərdir.
Qeyd edək ki, 2014-cü ilin axırına BP şirkətinin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2992 nəfər idi. Şirkətin müvafiq dövrə olan statistikasına görə, Azərbaycanda ixtisaslı daimi işçilərinin təxminən 86%-ni yerli mütəxəssislər təşkil edirdi ki, bunların da çoxu rəhbər vəzifələrdə idi.
Ülviyyə R. Əli
www.oxu.az