Regionda ən böyük layihələrin podratçısı olan BP şirkəti Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən irəli sürülmüş “kadrların milliləşdirilməsi” tələblərinə cavab verib.
Oxu.Az abc.az-a istinadən xəbər verir ki, BP Azerbaijan-dan 2013-cü ilin əvvəlindən 50 Azərbaycan vətəndaşının işə götürüldüyünü bildiriblər.
“Hazırda BP-də 2655 Azərbaycan vətəndaşı çalışır və onlar şirkətin ölkədə daimi personalının 84%-ni təmin edirlər” – deyə, məlumatda bildirilir.
Birinci yarımildə şirkət işçilərin mühəndis karyerasının əvvəlində dəstəklənməsinə yönəlmiş mühəndislərin ixtisaslarının artırılması üzrə daxili proqramı işə salıb.
Proqram artıq qazmaçılar, yeraltı işlər üzrə mütəxəssislər və HSE (sağlamlıq, təhlükəsizlik və ətraf mühit) əməkdaşlarını əhatə edib.