BP-nin baş icraçı direktoru Robert Dadli proqnoz edir ki, 2017-ci ildə neftin bir barelinin qiyməti 50 dollar olacaq.
Oxu.Az bu barədə İnterfax.ru-a istinadən xəbər verir.
“Düşünürəm ki, neftin qiymətlərində tarazlıq yaranıb. Fikrimcə, növbəti il neftin qiyməti bir barelə görə, 50 dollar və ya onun ətrafında bir rəqəm olacaq”, - deyə Dadli Qərbi İqtisadi Formunda (WEF 2016) jurnalistlərin sualına cavab olaraq bildirib.
Ülviyyə R. Əli
www.oxu.az