Banker.az bankların daşınmaz əmlak girovu ilə təklif etdiyi kreditlərin şərtlərini araşdırıb.
Oxu.Az xəbər verir ki, bu kreditlər rəsmi iş yeri olan və istehlak məqsədilə yüksək məbləğdə borc əldə etmək istəyən şəxslər üçün nəzərdə tutulub.
Müvafiq kreditlərin əldə edilməsi üçün yalnız daşınmaz əmlakın girov şəklində təqdim edilməsi kifayət deyil. Daşınmaz əmlak kredit məbləğinin artırılması üçün zəruridir, kredit isə müştərinin banka təqdim etdiyi rəsmi gəlirlərini təsdiq edən sənədlər əsasında rəsmiləşdirilir.
Aşağıdakı 2 cədvəldə Azərbaycanda fəaliyyət göstərən bankların və BOKT-ların müvafiq kreditlərinin şərtləri qeyd edilib. Birinci cədvəldə məhsulun əsas göstəriciləri (məbləğ, müddət, faiz və komissiya), ikinci cədvəldə isə məhsul üzrə digər şərtlər göstərilib.
Cədvəl 1.

Cədvəl 2.
İkinci cədvəl ilə bağlı bəzi analyışlara açıqlama vermək istərdik:
Məbləğin əmlakın dəyərinə nisbəti – bu göstəricini misal üzərində izah edək. Hesab edək ki, müraciət etdiyiniz bankda bu göstərici 50%-dir və sizin banka girov olaraq təqdim etdiyiniz əmlakın dəyəri 100 000 AZN kimi qiymətləndirilmişdir. Bu halda bankdan əldə edə biləcəyiniz maksimum kredit məbləği 50 000 AZN-ə bərabər ola bilər.
Güzəşt müddəti – Bu imkanı təqdim edən banklar kredit əldə edən müştərilərə qeyd edilən müddətdə yalnız faiz ödənişlərini ödəmək üçün imkan yarada bilər. Əsas borc üzrə ödəniş güzəşt müddəti bitdiyi aydan sonrakı növbəti aydan başlanır.
L.Ə.