Bu gün də banklarda dolların bahalaşması müşahidə edilir.
Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, dünənlə müqayisədə bu gün səhər “Amrahbank” dolların alışını 1,6650 manatdan 1,67 manata qaldırıb, satış qiymətini (1,7150) isə dəyişməyib.
“AtaBank” alışı 1,6550 manatdan 1,66 manata, “MuğanBank” alışı 1,64 manatdan 1,66 manata, satışı 1,71 manatdan 1,72 manata, “NBC Bank” alışı 1,65 manatdan 1,67 manata, satışı 1,71 manatdan 1,72 manata, “GünayBank” alışı 1,68 manatdan 1,6820 manata, “Yapı Kredi Bank” Azərbaycan alışı 1,666 manatdan 1,67 manata, “Bank BTB” alışı 1,64 manatdan 1,67 manata, satışı 1,7150 manatdan 1,7180 manata, “Ziraat Bank” Azərbaycan alışı 1,6350 manatdan 1,6750 manata, satışı isə 1,71 manatdan 1,7150 manata qaldırıb.
Dünən iş vaxtının sonunda dolları ən ucuz qiymətə (1,70 manata) “Günay Bank” satırdı. Dolları ən yüksək qiymətə (1,6850 manata) alan bank isə “Bank Avrasiya” idi.
Qeyd edək ki, Mərkəzi Bankda keçirilən son iki hərracda manat dollar qarşısında cüzi də olsa möhkəmlənsə də, banklarda dollar bahalaşır.
Manatın ortaçəkili məzənnəsi aprelin 11-də keçirilmiş valyuta hərracında 1,7029 manat, aprelin 13-də isə 1,7026 manat səviyyəsində olub.
U.A.
www.oxu.az