Meksikanın cənubi-qərbində sərnişin avtobusu benzindaşıyan maşın ilə toqquşub.
Oxu.Az Life-a istinadən xəbər verir ki, qəza nəticəsində ən azı 24 nəfər ölüb, müxtəlif dərəcəli xəsarətlər alan daha doqquz nəfər xəstəxanaya çatdırılıb.
Polisin məlumatına görə, 36 turistin olduğu avtobus İkstapa-Siuatanexo rayonunda çimərlik istiqamətində hərəkət edirdi. Petakalko şəhəri yaxınlığında o, avtosisternə çırpılıb, nəticədə partlayış baş verib.
“Sky News”un məlumatına görə, toqquşmanın səbəbləri aydınlaşdırılır.
N.О.
www.oxu.az