Bu il 30 mindən çox ipoteka müqaviləsi qeydə alınıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən bu gün keçirilən 2015-ci ilin yanvar-sentyabr aylarında görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirədə bildirilibş
Bundan başqa, bildirilib ki, 2015-ci ilin yanvar-sentyabr aylarında 145 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bu göstəricinin 28 minə yaxını ilkin, 117 mindən çoxu isə təkrar qeydiyyata aid olub.
“Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 95 mindən çox yüklülük (məhdudiyyət) arayışı verilib ki, bunun da 70 minə yaxını onlayn üsulla həyata keçirilib. 2015-ci ilin yanvar-sentyabr ayları ərzində 98 mindən çox daşınmaz əmlaka dair texniki inventarlaşdırılma və çöl-ölçmə işləri aparılıb və texniki sənədlər tərtib edilib” - deyə, müşavirədə səsləndirilib.
Ülviyyə R. Əli
www.oxu.az