Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Bu barədə Oxu.Az-a Mərkəzi Bankdan bildirilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7023 səviyyəsində formalaşıb.
Qeyd edək ki, bu günə dolların manat qarşısında rəsmi məzənnəsi 1,7022 manat olub.
12:36
Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti valyuta hərracı keçirir.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, Dövlət Neft Fondunun hərraca çıxardığı valyutanın məbləği dəyişməyib.
Ötən hərracda olduğu kimi, bu gün də məbləğ 35 milyon dollar olacaq.
Xatırladaq ki, son hərracda manatın orta çəkili məzənnəsi azalaraq 1,7022 manat səviyyəsində formalaşıb.
U.A.
www.oxu.az