Martın 2-dən 17-nə qədər BVF və Dünya Bankının missiyası Bakıda olacaq.
Oxu.Az Fineko-ya istinadən xəbər verir ki, bununla BVF və Dünya Bankı Azərbaycanın maliyyə sektorunun (FSAP) ikinci dəyərləndirilməsinə başlayacaqlar.
“Bununla yanaşı hüquqi, tənzimləyici və nəzarət məsələlərinə, əsas maliyyə xidmətlərinə də (bank, sığorta, kapital və ipoteka bazarı) diqqət ayrılacaq”- deyə, məlumatda deyilir.