Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

COP29 qlobal diqqəti cəmləşdirmək və iqlim fəaliyyətini sürətləndirmək üçün təşəbbüslərə başlayıb
Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) idarə heyəti qlobal diqqəti cəmləşdirmək və iqlim fəaliyyətini sürətləndirmək üçün təşəbbüslərə başlayıb.
"Report" xəbər verir ki, COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-un fəaliyyət planını təqdim edərkən deyib ki, Azərbaycan dünya ictimaiyyətinin COP29-a ev sahibliyi etmək üçün göstərdiyi inamdan şərəf duyur.
"Amma biz iqlim problemini təkbaşına həll edə bilmərik", - COP29 prezidenti qeyd edib.
O, dünya ictimaiyyətini həmrəyliyə çağırıb.
Sözügedən təşəbbüslərə iqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı təşəbbüsü, COP29 "yaşıl enerji" zonaları və dəhlizləri öhdəliyi, COP29 Hidrogen Bəyannaməsi və sair daxildir.
"Muxtar Babayev" teqi üzrə xəbərlər
- Muxtar Babayev: "Qlobal Cənub Platformasının təsisi COP29-un qarşısında duran vacib məsələlərdəndi"
- Muxtar Babayev Qlobal Cənub ölkələrini birliyə çağırıb
- Türkiyəli nazir Azərbaycana təşəkkür etdi
- Prezident Muxtar Babayevi nazir vəzifəsindən azad etdi: YENİ TƏYİNAT
- İcra hakimiyyəti orqanlarının fevral ayında keçiriləcək vətəndaş qəbulunun CƏDVƏLİ