2017-ci ilin yanvar ayından 119 şirkət hesablarını “DəmirBank”a etibar etdi. “DəmirBank”da müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətləri göstərilir.
“DəmirBank” yeni biznes müştəriləri üçün “Smart” hesab məhsulu təklif edir. “Smart” cari hesabın açılması pulsuzdur. Manat ilə açılmış hesabın qalıq məbləğinə minimal illik 5%-dən başlayaraq faiz hesablanır.
28 illik zəngin təcrübəyə malik “DəmirBank” fəaliyyətin və dinamik inkişafın nəticəsi olaraq beynəlxalq maliyyə institutlarının marağına səbəb olmuşdur. Hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Hollandiya İnkişaf Maliyyə Şirkəti FMO “DəmirBank”ın xarici səhmdarlarıdırlar.
2017-ci ilin iyununda 11 beynəlxalq investor “DəmirBank” ASC-in məcmu kapitalının artırılmasına qərar vermişdir. Belə ki, məcmu kapitalın əhəmiyyətli dərəcədə artırılması planı Bankın xarici öhdəliyinin (105 milyon USD) 1-ci dərəcəli kapitala çevrilməsini nəzərdə tutur.