“Grandmart” supermarketlər şəbəkəsi dekabrın 29-da Xətai rayonu Firuz Qəmbərov 9 ünvanında yerləşən növbəti filialını paytaxt sakinlərinin ixtiyarına verdi.
Baş tutan açılışda giriş sözü ilə çıxış edən “Grandmart” rəhbərliyi alıcıları təbrik edərək, marketdə rahat alış-veriş üçün hər bir şərait yaradıldığını bildirdi. Daha sonra isə qırmızı lent kəsildi.
Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərən “Grandmart” Mağazalar Şəbəkəsi bu dəfə də alıcıları üçün genişməhsul çeşidi, müxtəlif hədiyyələr təqdim etdi.
Mağazada yüksək xidmətlə yanaşı, qida məhsulları və qeyri-qida – kosmetik məhsullar, mətbəx üçün müxtəlif növ əşyalar, qablar, balacalar üçün oyuncaqlar, yataq dəstləri və bir çox başqa hədiyyəli kampaniyalar da var idi.
Kampaniyalar içində endirimlərlə yanaşı, “Birini alana, biri hədiyyə”, “iki al, bir ödə”,”üç al, iki ödə”, xeyli sayda hədiyyəli məhsullar və başqa maraqlı kampaniyalar təqdim edildi.
Açılış mərasimində tort kəsildi və gələn müştərilər üçün çay, kofe paylandı.
“Grandmart” rəhbərliyi də öz növbəsində 2017-ci il üçün də yeni filialların açılışının planlaşdırıldığını və paytaxt sakinlərinə keyfiyyətli məhsul və yüksək xidmət göstəriləcəyini söylədi.
Yenilikləri “Facebook” səhifəmizdən izləyə bilərsiniz:
https://www.facebook.com/grandmartllc
U.A.
www.oxu.az