Ölkənin ilk kommersiya banklarından biri olan "DəmirBank" 28-ci ildönümünü qeyd edir. 6 oktyabr 1989-cu ildə "Azərdəmiryolbank" adı ilə fəaliyyətə başlamış Bank 2009-cu ildən fəaliyyətini "DəmirBank" adı ilə həyata keçirir. "DəmirBank" fəaliyyət göstərdiyi illər ərzində Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərərək, onların rifahı üçün çalışıb, bir çox nailiyyətlər əldə edərək, ölkədə aparıcı banklardan birinə çevrilib.
Yarandığı vaxtdan əsas iş prinsipləri hər bir müştəriyə fərdi yanaşma, rahat və keyfiyyətli xidmət təqdim etmək olan "DəmirBank" qeyd edilən müddət ərzində 4 milyard AZN-dən çox kredit və 200 milyon AZN-ə yaxın depozit faizi verib, 200 mindən çox plastik kart və 1 milyona yaxın cari hesabı öz müştərilərinin istifadəsinə təqdim edib. Fəaliyyəti ərzində 4000-ə yaxın şəxs böyük "DəmirBank" ailəsinin üzvü olub.
Hazırda "DəmirBank"ın səhmdarları arasında Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya Maliyyə Təşkilatı kimi beynəlxalq maliyyə institutları yer alır. Qısa zamanda 11 beynəlxalq investorun Bankın məcmu kapitalının əhəmiyyətli dərəcədə artırılması (105 milyon USD) ilə "DəmirBank" öz inkişafının yeni mərhələsinə qədəm qoyacaq.
E.Ə.
www.oxu.az