Azərbaycan Respublikasının Maliyyə Bazarına Nəzarət Palatasının tövsiyəsinə əsasən, bayram günlərində müştərilərin bank xidmətlərinə rahat çıxışını təmin etmək məqsədilə “DəmirBank”-ın iki filialı qeyri-iş günlərində fəaliyyət göstərəcək.
Belə ki, bankın A.Məhərrəmov küç. 33A ünvanında yerləşən “Xəzər” filialı 18-26 mart tarixlərində saat 10:00-dan 20:00-dək, Nizami küçəsi 111-də yerləşən “Mərkəz” filialı isə həmişə olduğu kimi 7 gün 24 saat müştərilərin xidmətində olacaq.
Həmçinin müştərilər yaranacaq bütün suallar ilə bağli fasiləsiz çalışan “149 - Məlumat Mərkəzinə” də müraciət edə bilərlər.
“DəmirBank” Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edir, bahar əhval-ruhiyyəsi və əmin-amanlıq arzu edir.
Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi: (012) 149
http://www.demirbank.az
www.facebook.com/demirbank.az
U.A.
www.oxu.az