Müştərilərin istək və müraciətlərinə böyük önəm verən “DəmirBank”,“Pul köçürənə/alana plastik kart hədiyyə” kampaniyasının müddətini 1 sentyabr 2016-ci il tarixinədək uzatdı.
Kampaniyanın şərtlərinə əsasən, məbləğdən asılı olmayaraq, istənilən pul köçürməsi sistemi ilə pul köçürən və ya alan müştəriyə pulsuz debet kartı hədiyyə olunur. Hədiyyə olaraq yalnız “Visa Electron” və “Master Card Maestro” kartları təqdim olunur. Kart birillik verilir.
“DəmirBank” 200-dək ölkə üzrə “Zolotaya Korona”, “Western Union”, “Blizko”, “Privat Money”, UPT, “Leader”, “Forsaj”, “Contact”, “Monex” pul köçürmələri sistemləri vasitəsilə təcili pulköçürmə xidmətlərini reallaşdırır.
Belə ki, Bankın müştəriləri heç bir zaman itkisi olmadan və əlavə hesab açılmadan rahatlıqla 100-dən artıq xarici valyuta növündə köçürmələri həyata keçirə bilərlər.
Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi: (012) 149