Gələn ilin dövlət büdcəsindən Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə 774 min 337 manat vəsait ayrılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi” layihəsində bildirilib.
Bu rəqəm 2016-cı ildə 423 min 978 manat olub. 2017-ci ildə ayrılacaq vəsait cari illə müqayisədə 350 min 359 manat çoxdur.
U.A.
www.oxu.az