Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.
Oxu.Az xəbər verir ki, məlumata əsasən, hərracda tələb təklifi 31,3% üstələyib.
Bu gün AMB tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 197 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,74% təşkil edib.
Xatırladaq ki, bugünkü hərracda 150 mln. manat cəlb olunmağı planlaşdırılmışdı.
U.A.
www.oxu.az