Bu gün səhər saatlarında Azərbaycan kommersiya bankları dolların məzənnəsinə dəyişiklik edib.
Oxu.Az xəbər verir ki, hazırda ABŞ valyutasının ən sərfəli alış məzənnəsi 1.693 AZN, ən sərfəli satış məzənnəsi isə 1,700 AZN-dir.
ABŞ valyutasının sərfəli alışı “Amrahbank”, “Kapital Bank”, “TuranBank”, “Nikoil Bank”dadır. Bu banklarda dolların alışı 1,693 AZN təşkil edir. Sərfəli satış isə “Rabitəbank”da aparılır. Bankda dolların məzənnəsi 1,700 AZN-dir.
Avronun məzənnəsi üzrə ən sərfəli alış “Azərbaycan Sənaye Bankı”nda həyata keçirilir. Avronun alış məzənnəsi bu bankda 1,9300 AZN-dir. Avro bölgəsinin valyutasının ən sərfəli satışı “Rabitəbank”da həyata keçirilir - 1,9660 AZN.

L.Ə.