Bu gün səhər saatlarında Azərbaycan kommersiya bankları dolların məzənnəsinə dəyişiklik edib.
Oxu.Az xəbər verir ki, hazırda ABŞ valyutasının ən sərfəli alış məzənnəsi 1.694 AZN, ən sərfəli satış məzənnəsi isə 1,698 AZN-dir.
ABŞ valyutasının sərfəli alışı “Amrahbank”dadır. Bu bankda dolların alışı 1,694 AZN təşkil edir. Sərfəli satış isə “Amrahbank”, “Azəri Türk Bank”, “DəmirBank”da aparılır. Banklarda dolların məzənnəsi 1,698 AZN-dir.
Avronun məzənnəsi üzrə ən sərfəli alış “Azərbaycan Sənaye Bankı”nda həyata keçirilir. Avronun alış məzənnəsi bu bankda 1,9250 AZN-dir. Avro bölgəsinin valyutasının ən sərfəli satışı “Azərbaycan Beynəlxalq Bankı” və “TuranBank”da həyata keçirilir - 1,9356AZN.

L.Ə.