Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 28 banka satılıb.
Bu barədə Oxu.Az-a Neft Fondundan bildirilib.
İl ərzində SOFAZ tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
15:18
Bu gün Dövlət Neft Fondu (SOFAZ) növbəti valyuta hərracını keçirib.
Oxu.Az-ın “Report”-a istinadən məlumatına görə, hərracda kommersiya banklarının dollara olan tələbatı faktiki təklifi 9 dəfə üstələyib.
Fond hərraca həmişə olduğu kimi 50 milyon dollar çıxarıb. Bankların tələbatı isə 450 milyon dollar olub. Son nəticədə hərraca çıxarılmış valyuta kütləsi tam həcmdə satılıb (cəmi 50 milyon dollar).
Qeyd edək ki, bu gün Mərkəzi Bank USD/AZN məzənnəsini 1,5819 manat səviyyəsində elan edib. Tələbin təklifdən dəfələrlə yüksək olması və təklifin tamamilə alınması Dolların məzənnəsinin daha da arta biləcəyinə işarə edir.