Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 17-ə olan USD/AZN məzənnəsini açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, USD/AZN məzənnəsi 1,8045 səviyyəsində müəyyən olunub. Bu isə dolların məzənnəsinin 1% bahalaşması deməkdir.
Qeyd edək ki, bu dolların məzənnəsində yeni rekord hesab olunur. Belə ki, yanvarın 16-a olan USD/AZN məzənnəsi 1,7867 manat olub.
U.A.
www.oxu.az