Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 7-ə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi noyabrın 7-də 1,6596 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, noyabrın 2-də dolların məzənnəsi martın 11-də (1 dollar 1,6456 manat olub) qeydə alınan maksimumu yeniləyərək 1,6490 manat səviyyəsində qərarlaşıb. Noyabrın 3-də AMB dolların məzənnəsini sabit saxlayıb. Noyabrın 4-ü, yəni bu gün isə dollar 1,6596 manata bərabər olub.
U.A.
www.oxu.az