Bu ilin əvvəlindən ölkədə 300 min hektardan artıq taxıl biçilib. Eyni dövrdə 633 min tondan çox məhsul yığılıb. Orta məhsuldarlıq isə hələlik təxminən 22 sentner təşkil edir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu haqda kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.
Lakin İ.Quliyev dolu ilə əlaqədar bəzi rayonlara da az miqdarda ziyan dəydiyini əlavə edib.
“Quraqlıqla bağlı da müəyyən problemlər var. Bununla bağlı məlumatlar toplanılır. Məlumatlar mövsümün sonunda yəqin ki, ictimaiyyətə təqdim olunacaq”, - deyə o qeyd edib.
Nazir müavini bildirib ki, taxıl istehsalı builki proqnoza görə, 2-2,5 mln. ton civarında gözlənilir.