Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən martın 7-də keçirilən hərracda 2 kiçik dövlət müəssisəsi və 7 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.
Bu barədə komitədən Oxu.Az-a bildirilib.
Hərracda özəlləşdirilmiş qeyri-yaşayış sahələrinin hamısı paytaxtda yerləşir. Özəlləşdirilmiş qeyri-yaşayış sahələri paytaxtın əsasən Suraxanı, Yasamal, Binəqədi, Nizami, Nərimanov rayonlarında yerləşir.
Regionlarda özəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərinə Göygöl rayonunda yerləşən 21 saylı yanacaqdoldurma məntəqəsi aiddir.
Hərrac proseduruna əsasən, qaliblərlə hərrac protokolu və alqı-satqı müqaviləsi imzalanıb.
Xatırladaq ki, növbəti belə hərrac martın 14-də keçiriləcək.
U.A.
www.oxu.az