2020-ci ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin reytinqi açıqlanıb.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Cari sektor üzrə dövlətə məxsus şirkətlər 320,1 milyon ABŞ dollarına yaxın ixrac həyata keçirib.
Siyahıya 100,8 milyon dollar ixrac həcmi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir.
Daha sonra bu siyahıda 79,6 milyon dollar ixrac həcmi ilə “Azergold” QSC, 62,7 milyon dollar ixrac həcmi ilə “Azəralüminium” MMC, 51,3 milyon dollar ixrac həcmi ilə “Azərenerji” ASC, 17,2 milyon dollar ixrac həcmi ilə “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC gəlir.