10 İyul 2017-ci il tarixində “Optimal” “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yeni, ən böyük mağazasının rəsmi açılış mərasimini keçirib.
“Optimal” 1997-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda “Optimal” Azərbaycanın ən böyük məişət texnikası və elektronika mağazalar şəbəkələrindən biridir. Bakıda 27, bölgələrdə isə 18 mağaza müştərilərə xidmət göstərir. “Optimal” yalnız “Bosch”, “Samsung”, “Vestel”, “Carrier”, “Simfer”, “Karcher”, “Singer” kimi dünya brendləri ilə əməkdaşlıq edir. “Optimal” şirkəti bütün məhsullara 3 ilədək zəmanət, pulsuz çatdırılma və quraşdırılma təklif edir.
“Xalqlar Dostluğu” metrostansiyası yaxınlığındakı mağazası 2500 kv. m sahəyə malikdir. Mağazanın 1-ci mərtəbəsində məişət texnikası və elektronika məhsulları, 2-ci mərtəbəsində məhşur türk mebel brendi “Aldora” təmsil olunub. 3-cü mərtəbədə isə yerli mebel məhsulları təklif olunur.
“Optimal” şirkəti dünyanın qabaqcıl elektronika (mobil telefon, tv və s.) və mebel brendləri ilə yeni əməkdaşlıqlara başlayıb. Bu sahədə də “Optimal” bazarda xüsusi hədəfləri qarşısına qoyub. Artıq bundan sonra “Optimal” mağazalarında daha geniş çeşiddə mobil telefon, televizor və digər elektronika məhsullarını çox sərfəli şərtlər və qiymətlərlə əldə etmək mümkün olacaq.
Nəzərinizə çatdırmaq istərdik ki, filialın açılışı ilə əlaqədar iyul ayının 10-dan 17-nə kimi bütün nağd alışlara 20% endirim, kreditlə isə komissiyasız, ilkin ödənişsiz, faizsiz, arayışsız şərtlərlə, üstəlik, bonuslar kampaniyası mövcuddur.