Rəsmi statistikaya görə Azərbaycanda kiçik biznesin ÜDM daxilində payı 23,5% təşkil edir. Bu göstərici avropa ölkələri ilə müqayisədə, bizim ölkə üçün çox kiçikdir. Digər tərəfdən isə ölkəmizin iqtisadiyyatı neft gəlirlərinə əsaslandığı üçün başqa sahələrə az yatırım edilir. Bu səbəbdən digər sahibkarlara ÜDM sistemində az pay düşür. Azərbaycan neft ölkəsidir, ona görə də orta və kiçik biznesin payını 40%-ə qədər artırmaq məqsədəuyğun olardı.
Oxu.Az “Exo” qəzetinə istinadən bildirir ki, bu haqda açıqlamanı İqtisadi və sosial inkişaf Mərkəzinin sədri Vüqar Bayramov verib.
Onun sözlərinə görə Avropa ölkələrində kiçik və orta biznesin inkişafı üçün konkret meyarlar işlənib hazırlanıb. Bizim ölkədə isə kiçik və orta biznesin həcmini xarakterizə edən meyarlar bir az fərqlidir.
Azərbaycanda Nazirlər Kabinetinin qərarına əsasən kiçik və orta sahibkarlıq dövriyyə və işçilərin sayına görə qruplaşdırılıb.
Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin sayı azdır. Buna səbəb standartların zəif olmasıdır.
Ekspertin dediyinə görə, Avropa ölkələrində dövlətin ÜDM çərçivəsində kiçik və orta sahibkarlığın yüksək payın ayrılmasına gətirib çıxaran sərfəli standartlar hazırlanıb.
Bayramovun sözlərinə görə Avropanın Mərkəzi Şərq ölkələrində kiçik və orta sahibkarlığın ÜDM payı 70%-ə qədər artır.
Daha çox inkişaf etmiş ölkələrdə bu rəqəm ÜDM-in yarısına bərabər olur.
Məsələn, ABŞ-ın kiçik və orta sahibkarlarının sayı iri korporasiyaların sayından azdır.
Avropa ölkələrində kiçik və orta sahibkarların ÜDM payı çox yüksəkdir.
Ekspert hesab edir ki, iqtisadiyyat əsasən kiçik biznesin əsasında qurulur.