Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
:1200.jpg)
Ələt Azad İqtisadi Zonasının yol xəritəsi müzakirə olundu - FOTO
Azərbaycanda Ələt Azad İqtisadi Zonasının inkişaf perspektivlərinə və İqtisadi Zona ilə bağlı yaradılmış işçi qrupun fəaliyyətinə dair yol xəritəsinin hazırlanması barədə müzakirələr aparılıb.
Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.
Belə ki, İqtisadi Zona ilə bağlı yaradılmış işçi qrupun birinci iclası keçirilib. İclasda iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən, işçi qrupun rəhbəri Mikayıl Cabbarov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə ölkədə qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar, əlverişli işgüzar mühit və investisiya cəlb edilməsi tədbirləri barədə məlumat verilib. Ölkəmizin artan tranzit-logistika imkanları vurğulanıb, bu kontekstdə Ələt Azad İqtisadi Zonasının əhəmiyyəti qeyd olunub. Bildirilib ki, Ələt Azad İqtisadi Zonasının yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, həmin sərmayədarların Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində iqtisadi inkişafa töhfə vermək, həmçinin yeni iş yerləri yaratmaq əsas hədəflərdəndir.
Qeyd edilib ki, Ələt Azad İqtisadi Zonasında mövcud əlverişli şərait, təklif olunan güzəştlər investorların İqtisadi Zonaya marağını artırır. İqtisadi Zona Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb, Şimal-Cənub və Orta Dəhliz beynəlxalq nəqliyyat dəhlizlərində mühüm rolu olan ölkənin strateji əhəmiyyəti artacaq.
Ələt Azad İqtisadi Zonasında mövcud əlverişli şərait, təklif olunan güzəştlər investorların #İqtisadiZona-ya marağını artırır. İnnovativ texnologiyalarla yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etmək məqsədilə yaradılmış Ələt Azad İqtisadi Zonası ölkə… pic.twitter.com/wdcWV5UQEh
— Mikayil Jabbarov (@MikayilJabbarov) February 14, 2024
"İqtisadiyyat Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda bir neçə xəstəxananın ləğvinə başlanıldı
- Azərbaycanla İspaniya arasında Strateji iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
- Dövlət xidmətinin vəzifələri artırıldı - FƏRMAN
- AWWA kosmetologiya sahəsində əlavə təhsil fəaliyyəti göstərmək üçün rəsmi lisenziya alıb
- Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT