“Ötən ilin 4 ayı ilə müqayisədə inflyasiya göstəricisi aşağı düşüb. Faiz dərəcələrində əsas trend inflyasiya gözləntiləri,eləcə də onun dinamikasıdır”.
Oxu.Az "Report"-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
E.Rüstəmovun sözlərinə görə, may ayının monitorinqi inflyasiyanın azaldığını göstərir:“Belə olan şəkildə, bütövlükdə faiz dərəcəsinin azaldılması, bir qədər yumşaldılması məsələsi aktuallaşır.İyunun ortalarında Mərkəzi Bankın iclası keçiriləcək. Uçot dərəcəsi əsas müzakirə mövzusu olacaq”.
Məlumat üçün bildirək ki, uçot dərəcəsi (yenidən maliyyələşmə dərəcəsi) Mərkəzi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin etməsidir. 2016-cı ildən Azərbaycanda yenidən maliyyələşmə dərəcəsi 15%-dir.
L.Ə.