Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Elnur Əliyev: "10 800-dən çox iş yerinin yaradılması nəzərdə tutulur"
"Son illərdə aparılan islahatlar nəticəsində iqtisadiyyat xeyli dərəcədə "ağardılıb", şəffaflıq səviyyəsi yüksəlib. Vergi daxilolmaları, əmək müqavilələrinin sayı əhəmiyyətli dərəcədə artıb".
Oxu.Az-ın məlumatına görə, bu fikirləri "Sahibkarlar günü" və 2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə əlaqədar "Konstitusiya və Suverenlik" - Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda keçirilən konfransda Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.
O bildirib ki, sahibkarlar büdcə gəlirlərinin formalaşmasında önəmli rol oynayırlar:
"2025-ci ilin yanvar-mart aylarında qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 3.2 milyard manatdan çox olub. 2024-cü ilin müvafiq dövrünə nisbətən bu göstərici 10.7 faiz çox olub. Həmçinin biznesin sosial məsuliyyəti də yüksəlib. Sosial təşəbbüslərlə çıxış edən iş adamlarının sayı getdikcə çoxalır. Özəl sektorda bu cür müsbət dəyişikliklər sevindiricidir".
"2021-24-cü illər ərzində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan və respublikamızın müxtəlif bölgələrində olan sənaye zonalarında investisiya portfeli 1 mlrd. manatdan çox 96 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Sözügedən dövrdə 29 müəssisə fəaliyyətə başlayıb. Qeydiyyata alınmış rezidentlər tərəfindən layihələr çərçivəsində ümumilikdə 10 800-dən çox iş yerinin yaradılması nəzərdə tutulur", - deyə nazir müavini bildirib.

Məhərrəm Əliyev
"Konstitusiya və Suverenlik İli" teqi üzrə xəbərlər
- Bakıda korrupsiyaya qarşı mübarizə ilə bağlı beynəlxalq tədbir keçirilir
- Milli Məclisin "Konstitusiya və Suverenlik İli"nə həsr edilən xüsusi iclasında bəyanat qəbul edilib
- Milli Məclisdə "Konstitusiya və Suverenlik İli"nə həsr edilən film nümayiş olunub
- "Konstitusiya və Suverenlik İli"ndə media gündəmi" panel müzakirəsi baş tutub
- Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda ikinci forumu işinə başlayıb