Bu gün səhər saatlarında Azərbaycan kommersiya bankları dolların məzənnəsinə dəyişiklik edib.
Oxu.Az xəbər verir ki, hazırda ABŞ valyutasının ən sərfəli alış məzənnəsi 1.6925 AZN, ən sərfəli satış məzənnəsi isə 1,6930 AZN-dir.
ABŞ valyutasının sərfəli alışı “Yapı Kredi Bank Azərbaycan” dadır. Bu bankda dolların alışı 1,6925 AZN təşkil edir. Sərfəli satış isə “DəmirBank”da aparılır. Bankda dolların məzənnəsi 1,693 AZN-dir.
Avronun məzənnəsi üzrə ən sərfəli alış “Amrahbank”da həyata keçirilir. Avronun alış məzənnəsi bu bankda 1,8940 AZN-dir. Avro bölgəsinin valyutasının satışı isə ən sərfəli “TuranBank”dadır - 1,8975.

L.Ə.