Ailə həyatı hər zaman uğurlu alınmır. Bəzi məşhurlar iki, bəzən üç dəfə ailə qurur. Bəs ayrılmış xanımla evlənən məşhurlarımız kimdir?
Oxu.Az Metbuat.az-a istinadla ikinci, üçüncü dəfə ailə həyatı quran qadınla evlənən məşhur azərbaycanlı kişiləri təqdim edir.
Mərhum Xalq şairi Vaqif Səmədoğlu Nüşabə Vəkilova ilə evlənəndə Nüşabə xanımın ilk evliliyindən bir qızı var idi.

Xalq artisti Şəmsi Bədəlbəyli də ikinci dəfə evlənən xanımla ailə həyatı qurub. Bu xanım isə Xalq artisti Barat Şəkinskayadır. Onun ilk evliliyindən bir qızı olub.


Məşhur muğam ustası Mütəllib Novruzovun həyat yoldaşı, Xalq artisti Nəsibə Zeynalova da ikinci dəfə ailə həyatı qurub.

Xalq artisti Yusif Vəliyev aktrisa Zemfira Sadıqova ilə ailə həyatı qurub. Aktrisanın bundan əvvəlki nikahından bir oğlu olub.


Əməkdar artist Kazım Abdullayev Nina Berberovanın ikinci həyat yoldaşı olub. Onun ilk həyat yoldaşı faciəli şəkildə vəfat edib. Aktyorla ailə quran zaman Nina Berberovanın ilk evliyindən bir qızı və oğlu var idi.

Tanınmış rəqqasə Oksana Rəsulova isə reper Elşad Xose ilə üçüncü evliliyini yaşayıb.

A.S.
www.oxu.az