Bu gün səhər saatlarında Azərbaycan kommersiya bankları dolların məzənnəsinə dəyişiklik edib.
Oxu.Az xəbər verir ki, hazırda ABŞ valyutasının ən sərfəli alış məzənnəsi 1.693 AZN, ən sərfəli satış məzənnəsi isə 1,697 AZN-dir.
ABŞ valyutasının sərfəli alışı “Günay Bank”, “Amrahbank” və “TuranBank” dadır. Bu banklarda dolların alışı 1,693 AZN təşkil edir. Sərfəli satış isə “DəmirBank”, “Amrahbank”, “Günay Bank”, “TuranBank”da aparılır. Banklarda dolların məzənnəsi 1,697 AZN-dir.
Avronun məzənnəsi üzrə ən sərfəli alış “Günay Bank”da həyata keçirilir. Avronun alış məzənnəsi bu bankda 1,8910 AZN-dir. Avro bölgəsinin valyutasının ən sərfəli satışı“Kapital Bank” da həyaya keçirilir - 1,8985 AZN.

L.Ə.