Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, “Türk axını” layihəsi üçün addım atmağa, onu müzakirə etməyə və qərar qəbul etməyə hazırdır.
Bu barədə Oxu.Az lenta.ru-ya istinadən xəbər verir.
“Bununla bağlı hər hansı bir maneə yoxdur”.
O, həmçinin əlavə edib ki, Türkiyə Rusiyadan daha çox təbii qaz alacaq:
“2016-ci ilin iyulun sonuna Türkiyə Rusiyadan 12,5 milyard kubmetr təbii qaz alıb. Bu isə onu göstərir ki, Rusiya bu sferada Türkiyə üçün əhəmiyyətli iqtisadi partnyordur”.
Ülviyyə R. Əli
www.oxu.az