Gün ərzində Tovuzun küçə və bazarlarında satış məqsədi ilə xeyli heyvan kəsilir. Kəsim prosesində gigiyenik qaydalara əməl edilib-edilməməsi isə sual altındadır.
Yararsız ətlərdən qida kimi istifadə edilməsinə dair də kifayət qədər fakt var. Restoran və kafelərdə həmin ətlərdən yemək hazırlanıb satılmasının qarşısını almaq da o qədər asan iş deyil.
Heyvanların kəsilməsi və satışı zamanı sanitar normalara əməl etməyənləri isə cərimə gözləyir.
Hər halda kiloqramı 10-12 manata olan mal və quzu ətinin alıcılara 7-8 manata təklif edilməsi ucuz ətin şorbasından xəbər verir.
Ət alarkən diqqətli olun! Əks halda nəinki pulunuzdan, həm də sağlamlığınızdan ola bilərsiniz.
Oxu.Az “ARB 24”-nin məsələ ilə bağlı hazırladığı videomaterialı təqdim edir.
U.A.