"Expressbank"ın kartları ilə "TaxFree4u" xidməti çərçivəsində Avropanın aparıcı ölkələrinin ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş alış-veriş nöqtələrində xərclədikləri vəsaitin bir hissəsini geri alan müştərilərin sayı artmaqdadır.
"TaxFree4U" şirkətinin direktoru Merton Smit: "Texnoloji yeniliklərə köklənmiş şirkətimiz "Expressbank" ilə bir sıra sahələrdə əməkdaşlıq edir. Bizim və "Expressbank"ın innovativ məhsulları daima bir-birini tamamlamaqdadır. Belə ki, bildiyiniz kimi, artıq Avropa ittifaqı ölkələrinin vətəndaşlığı olmayan Azərbaycan turistləri burada alış-veriş zamanı ƏDV bəyannaməsini doldurmaya da bilərlər. Çünki bizim mobil əlavəmiz bu işi onların əvəzinə görəcək. Bundan əlavə, Aİ vətəndaşı olmadığını sübut etmək üçün, sadəcə, ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəninin şəklini göndərmək kifayətdir. "TaxFree4U" ilə bir neçə alış-veriş əməliyyatlarını bir qəbz altında birləşdirmək mümkün olduğundan ƏDV qaytarılması üçün minimal məbləğ artıq daha əlçatandır. Məhz bütün bunlara görə biz "Expressbank" ilə əməkdaşlığımızdan çox məmnunuq”.
Xatırladaq ki, "Expressbank" kartları ilə alış-veriş edən müştərilər nəinki xaricdə xərclədikləri ƏDV-ni geri alır, ölkə daxilində 20%-dək cashback qazanırlar.
"Expressbank"ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 4000-dək POS terminal və 600-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi "Facebook" səhifəsinə (www.facebook.com/Expressbank) daxil ola bilərsiniz.