“Fitch” beynəlxalq reytinq agentliyi “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) emitentin uzunmüddətli xarici və yerli valyutada defolt reytinqini “BB+” səviyyəsində təsdiq edib. Proqnoz neqativdir.
Oxu.Az bu barədə APA agentliyin yaydığı məlumata istinadən xəbər verir.
Fondun reytinqi Azərbaycanın suveren reytinqinə uyğundur.
“Bu reytinq AİF-in dövlətlə sıx əlaqəsini, hökumətin mənzillə təminatın maliyyələşdirilməsi siyasətində oynadığı strateji rolu və dövlətin AİF-in fəaliyyətinə güclü nəzarətini əks etdirir”, - deyə məlumatda bildirilir.
U.A.
www.oxu.az