Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Gələn il üçün dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri artırılıb
2025-ci ildə dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri artırılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin dekabrın 16-da keçiriləcək iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılacaq "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.
Milli Məclisin birinci və ikinci oxunuşda qəbul etdiyi layihəyə əsasən, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat, xərcləri isə 41 milyard 367.6 milyon manat nəzərdə tutulmuşdu. Parlamentdə üçüncü oxunuşda müzakirəyə çıxarılacaq layihəyə əsasən, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri isə 41 milyard 407,6 milyon manat olacaq.
Beləliklə, dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri 40 milyon manat artırılır.
2025-ci ildə dövlət büdcəsinin proqnozlaşdırılan gəlirlərinin hansı mənbə hesabına 40 milyon manat artırıldığı da məlum olub.
Milli Məclisin birinci və ikinci oxunuşda qəbul etdiyi "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə əsasən, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 840 milyon manat proqnozlaşdırılsa da, üçüncü oxunuşda bu mənbə üzrə proqnozlaşdırılan gəlir 880 milyon manata qaldırılıb.

"Dövlət büdcəsi" teqi üzrə xəbərlər
- Vüqar Bayramov: "Bələdiyyələrin büdcə vəsaitlərinə tələbi azalmalıdır"
- Ötən il azad olunmuş ərazilərin bərpasına xərclənən vəsaitin həcmi açıqlanıb
- Azərbaycanın icmal büdcəsinin profisiti iki dəfə azalıb
- Elmi dərəcəsi olanların maaşlarına əlavələr ödəniləcək - QƏRAR
- Azərbaycanda büdcə təşkilatlarında çalışan işçilərin yeni maaşları təsdiqlənib