“OPEK hasilatın dondurulması ilə bağlı razılığa gələ bilməzsə, neftin qiyməti 40 dollara qədər ucuzlaşa bilər”.
Oxu.Az-ın məlumatına görə, APA “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bunu “Goldman Sachs Group Inc.” investisiya bankının ekspertləri bildiriblər.
Bankın analitikləri oktyabrın 31-də hazırladıqları hesabatda OPEK ölkələrinin noyabrdakı görüşündə razılığın əldə edilməsi ehtimalının getdikcə sıfıra yaxınlaşdığı qeyd olunub:
“Hasilat kvotalarının tətbiq edilməsi müddətində hər hansı irəliləyişin olmaması və OPEK üzvləri arasında getdikcə artan narazılıq noyabrın 30-da razılığın əldə olunması ehtimalını azaldır.
OPEK bütün üzvləri razı salacaq anlaşma əldə edə bilməzsə, neftin qiyməti 40 dollara qədər ucuzlaşacaq”.
U.A.
www.oxu.az