“Bu ilin yanvar-fevral aylarında gömrük orqanları tərəfindən dövlət büdcəsinə 306 mln. manat əvəzinə 364 mln. manat köçürülüb”.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev deyib.
Onun sözlərinə görə, bu vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 50% çoxdur.
U.A.
www.oxu.az