Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov martın 6-7-də Rusiyaya rəsmi səfər edəcək.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Diplomatın sözlərinə görə, Məmmədyarovun Rusiya XİN rəhbəri Sergey Lavrov, baş nazirin müavini Dmitri Roqozin, Federasiya Şurasının sədrinin müavini İlyas Umaxanov ilə görüşü olacaq.
“Rusiya və Azərbaycan XİN rəhbərləri ikitərəfli münasibətləri, regional və beynəlxalq gündəmi müzakirə edəcəklər”, - Zaxarova deyib.
N.О.
www.oxu.az